Pin-up tərzi əsasən 1930 və 1950-ci illər arasında qadınlar arasında məşhur olan cazibədar üslubu ifadə edir. Bu modanın qızıl dövrü isə 1940-cı illər hesab olunur. Bu dönəmdə jurnal və təqvim şirkətləri öz səhifələrində pinup modelləri nümayiş etdirməyə başladılar və bu şəkillər müharibə iştirakçısı kişilər arasında böyük populyarlıq qazandı. Xüsusən də İkinci Dünya Müharibəsi zamanı kişilər arasında model pin-up qızların şəkillərini üstlərində daşımaq xeyli populyar hal almışdı.

Kişilər qızların şəkillərini kazarma divarlarına, sualtı qayıqların divarlarına, şkaflarının içərisinə və hətta maşınlarının içərisinə yapışdırırdılar. Tipik olaraq pinup qız bədəni qum saatı fiqurasında olsa da, Rita Hayworth və ya Lauren Bacall kimi bu fiquraya sahib olmayan məşhur pinup qızlar da var idi. 1940-cı illərin digər məşhur pinuplar arasına Merilin Monro kimi məşhur isimlər də daxildir. 1950-ci illərə gəldikdə isə pinup modasının simvolik fiqurlarına Bricit Bardot və Sofia Loren kimi modellər çevrilmişdi.

Bu gün pinup stili hələ də populyarlığını qoruyub saxlayır. Yeni nəsil modellər və məşhurlar arasında bu klassik tərzi qəbul edənlər az deyil. Korsetlər, büstiyerlər və dikdabanlar da daxil olmaqla, pinupdan ilhamlanan moda geri qayıtdı və pinup fotosessiyaları yenidən qadınlar arasında məşhur mövzuya çevrildi.

Müasir pin-up moda üslubunda geyinmək sizə özünüzü inamlı, feminin və cazibədar hiss etdirəcək. Qadına xas A-xəttli ətəklərdən tutmuş əyləncəli qıvrımlı paltarlara və ya klassik pin-up modasından tutmuş tatularına qədər hər şeyi əhatə edən bələdçimizi izləyin!

 

50-ci illər

40-cı illər

30-cu illər

Tatular